Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

ABŞ BƏƏ və Türkiyəni sanksiyalarla bağlı xəbərdar edəcək

Tarix :
ABŞ BƏƏ və Türkiyəni sanksiyalarla bağlı xəbərdar edəcək

ABŞ Maliyyə Departamentinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə Müşaviri Brian Nelson xəbərdarlıq edəcək ki, gələn həftə Türkiyə və Yaxın Şərqə səfəri zamanı Rusiya sanksiyalarından yayınmağa töhfə verərsə, ölkələr və şirkətlər ABŞ bazarına çıxışını itirə bilərlər. 

Nazirliyin maliyyə sanksiyaları üzrə səlahiyyətli bürokratı Nelson 29 yanvar və 3 fevral tarixlərində Oman, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə səfər edəcək. 

Reuters-ə danışan Xəzinədarlıq Departamentinin sözçüsü, səfəri zamanı hökumət rəsmiləri, iş və maliyyə dünyası rəsmiləri ilə görüşəcək Nelsonun Vaşinqton administrasiyasının sanksiyaları həyata keçirməkdə son dərəcə qərarlı olduğunu çatdıracağını bildirib.