Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Philips” 6 min işçisini işdən çıxaracaq

Tarix :
“Philips” 6 min işçisini işdən çıxaracaq

Hollandiyanın tibbi texnologiya istehsalçısı "Philips”, qüsurlu yuxu ventilyatorlarının kütləvi şəkildə geri çağırılmasının vurduğu ziyan fonunda qlobal miqyasda 6,000 iş yerini ixtisar edəcəyini açıqladı. 

Hollandiyalı tibbi texnologiya istehsalçısı "Philipsin baş icraçı direktoru Roy Jakobs, 2025-ci ilə qədər "işçi qüvvəsinin azaldılmasına" gedəcəklərini açıqladı. Şirkət cəmi üç ay əvvəl 4000 işçini ixtisar edəcəyini açıqlamışdı. 

Yuxu ventilyatorlarının nasaz olduğu aşkar edildikdən sonra firma 2023-cü ilin dördüncü rübündə 105 milyon avro, keçən il isə tam olaraq 1605 milyard avro xalis zərər olduğunu bildirdi.