Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ombudsman İranın Ümumi Təftiş Təşkilatının rəhbərinə məktub ünvanlayıb

Tarix :
Ombudsman İranın Ümumi Təftiş Təşkilatının rəhbərinə məktub ünvanlayıb

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İran İslam Respublikasının insan hüquqları qurumu olan Ümumi Təftiş Təşkilatının rəhbəri Zabihullah Khodayana rəsmi məktub ünvanlayıb.
Bu, Azərbaycan Ombudsmanının yaydığı məlumatda bildirilib.
Məktubda Ombudsman  Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə 27 yanvar 2023-cü il tarixdə edilmiş terror aktını  qətiyyətlə pisləyib və 1961-ci il Diplomatik əlaqələrə dair Vyana və 1973-cü il "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən, diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında"  Konvensiyalarının tələblərinin  kobud şəkildə pozulmasını diqqətə çatdırıb.
Azərbaycan Ombudsmanı İranın sözügedən insan hüquqları təşkilatını bu cür xain hücumu təşkil edən və törədilməsində iştirak edən şəxslərin tez bir zamanda ədalət mühakiməsinə təhvil verilməsi üçün səlahiyyətləri çərçivəsində lazımi və təxirəsalınmaz tədbirlərin görülməsinə dəvət edib.