Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

ABŞ bu tarixdə Çinlə müharibə edə bilər

Tarix :
ABŞ bu tarixdə Çinlə müharibə edə bilər

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara ünvanladığı memorandumda ABŞ-ın iki ildən sonra Çinlə müharibəyə edə biləcəyini bildirib.

Axar.az bildirir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

"Ümid edirəm ki, yanılıram. İntuisiya mənə bizim 2025-ci ildə döyüşəcəyimizi deyir", - memorandumda qeyd edilir.

Memorandumun doğruluğunu ABŞ Hərbi Hava Qüvvələri Nəqliyyat Komandanlığının nümayəndələrindən biri də təsdiqləyib.

Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən Tayvana nəzarəti bərqərar etmək üçün istifadə edə bilər.