Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Orxan Əsgərovun dəfni sabah olacaq

Tarix :
Orxan Əsgərovun dəfni sabah olacaq

“Orxanın dəfni sabah olacaq”. 
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib. 
Onun sözlərinə görə, bu gün 14:00 radələrində təyyarə Bakıdan İrana uçacaq: 
“Cənazə axşam Bakıya gətiriləcək. Dəfnin sabah olacağına özüm qərar vermişəm. Övladım mənimdir, özüm bu qərara gəlmişəm”. 
R.Əsgərov Orxanın orada bir ildən çox xidmət etdiyini bildirib:
“Ailəlidir. İki övladı var. Qızının 16, oğlunun səkkiz yaşı var. Cənazənin dəqiq nə vaxt gətiriləcəyi bilinmir”. 
Qeyd edək ki, Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.