Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub

Tarix :
Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında növbəti çıxışını edib.
“Report”un məlumatına görə, idmançı sərbəst proqramda 116,38 xal toplayaraq, 30 iştirakçı arasında 15-ci yeri tutub.
Qeyd edək ki, Səbinə Əliyeva qısa proqram üzrə çıxışını 45,27 xalla 10-cu pillədə tamamlamışdı.