Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Antalyada meşə yanğını başladı: Sakinlər təxliyə olundu

Tarix :
Antalyada meşə yanğını başladı: Sakinlər təxliyə olundu

Türkiyədə meşə yanğını baş verib. 
Antalyanın Alanya mahalının Toslak, Emişbeleni, Güzelbağ və Bayırkozağacı ərazilərində meşəlik sahədə yanğın olub. 
Hadisə səbəbindən sakinlər təxliyə olunub. Əraziyə yanğınsöndürən briqadalar cəlb edilib. 
Güclü külək yanğının söndürülməsini çətinləşdirib. Yanğının qarşısını almaq üçün tədbirlər davam etdirilir.