Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Instagram-da gözlənilən yenilik gəldi

Tarix :
Instagram-da gözlənilən yenilik gəldi

Instagram yeni bir yeniləmə təqdim etdiyini açıqlayıb.
 
Xarici medianın məlumatına görə, bundan sonra insatgram istifadəçiləri eyni anda həm avatarlarından, həm də profil fotolarından istifadə edə biləcəklər. Bu yeniləmə ilə insanlar həm real şəkilə, həm də profil fotolarında yaradılmış avatarlara sahib olacaqlar və ikisi arasında keçid etmək mümkün olacaq.
Instagram-ın Twitter-dəki paylaşımında, “İndi siz öz avatarınızı şəklinizin digər tərəfinə əlavə edə bilərsiniz və profilinizə daxil olan insanlar bu ikisi arasında keçid edə bilərlər” – deyilir.
Profil şəklinizin digər tərəfinə avatar əlavə etmək üçün "Profili redaktə et" düyməsinə keçməli və oradan öz avatarınızı yaratmalısınız. Avatar əlavə etdikdən sonra insanlar profilinizə daxil olduqda profil şəkliniz avtomatik olaraq avatarınıza çevriləcək.