Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Sahibsiz itlərin sayı günbəgün artır" - Deputat

Tarix :
"Sahibsiz itlərin sayı günbəgün artır" - Deputat

“Bakı və regionlarda sahibsiz itlərlə bağlı ciddi problemlər var. Bu gün ölkədə heyvanlar üçün kifayət qədər sığınacaq yoxdur. Bununla yanaşı, mövcud problemlə birbaşa məşğul olan aidiyyəti qurum da mövcud deyil”.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib. 
Deputat bildirib ki, ölkədə sahibsiz itlərin sayı günbəgün artır: “Sahibsiz heyvanlar hətta insanlara zərər verməyə başlayır. Bununla yanaşı, küçədə qalan heyvanlara da qayğı lazımdır”. 
Quduzluğa qarşı tədbirlərin görülməsinin vacibliyinə toxunan F.Yıldırım əlavə edib ki, təmsil etdiyi Bərdədən sahibsiz heyvanlarla bağlı kütləvi müraciət olur: “Qadın və uşaqlar axşam saatlarında mövcud problemlərlə bağlı küçəyə çıxmağa çəkinirlər. Dünya ölkələrində məsələnin tənzimlənməsi ilə bağlı təcrübə var. Heyvansevərlər fərdi qaydada sığınacaq açmaq imkanı verilməlidir. Yetəri qədər belə vətəndaşlar var. Sığınacaqlarda könüllü fəaliyyət mexanizmi də qurula bilər”.