Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Vətən müharibəsi qazisi digər ayağını da itirdi - FOTO

Tarix :
Vətən müharibəsi qazisi digər ayağını da itirdi - FOTO

Vətən müharibəsi qazisinin digər ayağı da amputasiya olunub.  
Bu barədə faktı Bizim.Media-nın yerli bürosuna Ağdam rayon icra hakimiyyətindən də təsdiqləyiblər.  
Qazi Qurbanlı Məhəbbətin ayağının Bakıda yerləşən xəstəxanaların birində amputasiya olunduğu bildirilib. 
Qeyd edək ki, Qurbanlı Məhəbbət Ağdam rayon sakinidir. O, Vətən müharibəsi zamanı xidmət etdiyi istehkam bölmələrinin tərkibində döyüş tapşırığını yerinə yetirərkən hərbi maşında minaya düşüb. Bir ayağını itirən qazinin digər ayağı ilə bağlı problemləri yaranıb.  
Qazinin yaxınları hazırda onun vəziyyətinin normal olduğunu bildirib. Qazinin əməliyyatdan əvvəl çəkilən fotolarını təqdim edirik: