Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukraynanın bu bölgələrinə hava zərbələri endirildi

Tarix :
Ukraynanın bu bölgələrinə hava zərbələri endirildi

Rusiyanın Ukraynanın bəzi bölgələrinə hava zərbələri endirdiyi bildirilib.
 
Xarici medianın məlumatına görə, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat Rusiya döyüş təyyarələrinin Ukraynaya 30-dan çox raket atdığını açıqlayıb.
İqnat qeyd edib ki, Rusiyanın Murmansk vilayətindən 6-ya yaxın Tu-95 döyüş təyyarəsi havaya qalxaraq raket zərbələri endirib.
Digər tərəfdən, Kiyev meri Vitali Kliçko Telegram-da verdiyi açıqlamada paytaxtda partlayış səslərinin eşidildiyini bildirib.
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak sosial media hesabından verdiyi açıqlamada rusların atdığı ilk raketlərin havada vurulduğunu bildirib.