Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yas mərasimində namaz qılmaq üstündə DAVA: Yaralanan var

Tarix :
Yas mərasimində namaz qılmaq üstündə DAVA: Yaralanan var

Şəmkir rayonunda yas mərasimində dava düşüb.
 
Oxu.Az xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.
Belə ki, kənddə keçirilən yas mərasimində 1990-cı il təvəllüdlü Ruslan Bağırov və həmyerlisi, 1978-ci il təvəllüdlü İdris Alıyev arasında namaz qılmaq üstündə mübahisə yaranıb.
Nəticədə R.Bağırov İ.Alıyevə xəsarət yetirib.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.