Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Vilayət Eyvazov bu rayona yeni rəis müavini təyin etdi

Tarix :
Vilayət Eyvazov bu rayona yeni rəis müavini təyin etdi

Göyçay Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib.
 
"Qafqazinfo" xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsinin  rəisi, polis mayoru Azad Məmmədov vəzifəsindən azad edilərək əməliyyat işlər üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, bundan əvvəl işləyən əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Rasim Mirzəyev keçən ilin dekabr ayında sərəncama götürülüb.