Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Parlamentdə sənədsiz evlər məsələsi qaldırıldı

Tarix :
Parlamentdə sənədsiz evlər məsələsi qaldırıldı

"Bu gün əsas məsələlərdən biri sənədsiz evlər problemidir. Ona görə də bələdiyyə torpaqları təftiş olunmalıdır".
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.
 
Deputat bələdiyyə torpaqlarının təftiş olunmasının vacibliyini vurğulayıb: “Buna ehtiyac var. Əgər həmin torpaqlar kənd təsərrüfatı üçün nəzərdə tutulubsa, niyə fərdi evlər tikilib? Burada məsuliyyətli şəxslər qanun qarşısında cavab verməlidir. Bundan başqa, həmin torpaqlarda ev tikənlərin sənəd məsələləri həll olunmalıdır. Bu da minlərlə insanı əhatə edir. Amma qeyd etdiyim kimi, belə halların yaşanmasına məsul olan şəxslər cavab verməlidir”.