Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Finlandiya Türkiyəyə qoyulan silah embarqosunu ləğv etdi

Tarix :
Finlandiya Türkiyəyə qoyulan silah embarqosunu ləğv etdi

Finlandiya Müdafiə Nazirliyi 2019-cu ildən qüvvədə olan "Hərbi texnikanın Türkiyəyə ixracına qoyulan embarqonun” ləğv edildiyini və satış üçün lisenziyanın verildiyini açıqlayıb.

Silah satışına icazə, Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün irəli sürdüyü şərtlərdən biri idi. Türkiyənin 2019-cu ilin oktyabrında Suriyada kürd YPG qüvvələrinin nəzarəti altında olan ərazilərə qarşı sərhədyanı əməliyyatından sonra bəzi Aİ ölkələri Ankaraya silah embarqosu tətbiq etməyə başlayıb.

Müdafiə Nazirliyinin müşaviri Riikka Pitkanen bildirib ki, zirehli polad satışı üçün ixrac lisenziyası çərşənbə axşamı Türkiyə şirkətinə verilib.