Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Vətən müharibəsi Qəhrəmanının atası vəfat etdi

Tarix :
Vətən müharibəsi Qəhrəmanının atası vəfat etdi

Qubadan olan Vətən müharibəsi Qəhrəmanı Şahin Allahyarovun atası dünyasını dəyişib.
Apa xəbər verir ki,  Qubanın Zizik kənd sakini Hüseynbala Allahyarov gecə saatlarında dünyasını dəyişib.
İlkin ehtimala görə onun ürək tutmasından öldüyü bildirilir.
Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Döyüşlər zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.