Ermənistanda Şirak vilayətinin qubernatoru Nazeli Baqdasaryan vəzifəsindən istefa verib.
O, istefa ərizəsini baş nazirə təqdim edib.
Baqdasaryan bu barədə "Facebook"da etdiyi paylaşımda istefa verməsinin səbəbini açıqlamayıb.
O, 2021-ci ilin noyabr ayından Şirak bölgəsinə rəhbərlik edib.