Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Homoseksuallıq cinayət deyil" - Roma Papası

Tarix :
"Homoseksuallıq cinayət deyil" - Roma Papası

“Homoseksuallığı cinayət hesab edən qanunlar ədalətsizdir və Allah bütün övladları kimi onları da (red. - homoseksualları) sevir”.
Xarici KİV xəbər verir ki, bunu Roma Papası Fransisk “Associated Press“ə müsahibəsi zamanı deyib.
O həmçinin etiraf edib ki, dünyanın bəzi yerlərində katolik yepiskoplar homoseksuallığı cinayət hesab edən və ya LGBT icmasına qarşı ayrı-seçkilik yaradan qanunları dəstəkləyir və Papa özü də bu məsələyə “günah” nöqteyi-nəzərindən yanaşıb.
Qeyd edək ki, Fransiskin bu şərhi bir Papa tərəfindən bu tip qanunlar haqqında söylənilən ilk fikirdir.