Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İranda atışma olub, iki nəfər ölüb

Tarix :
İranda atışma olub, iki nəfər ölüb

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində yerləşən Dalqan şəhərində baş verən atışma nəticəsində azı iki nəfər ölüb.

Bu barədə "Fars” agentliyi məlumat yayıb.

Yerli təhlükəsizlik qüvvələri daha 4 nəfərin yaralandığı barədə məlumat verib. Belə ki, silahlı şəxs video oyun mağazasına daxil olaraq işçilərə və ziyarətçilərə atəş açıb, daha sonra əlbir olduğu şəxslə avtomobillə hadisə yerindən uzaqlaşıb.

Yaralananların vəziyyəti sabit qiymətləndirilir. Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırma və şübhəlilərin axtarışına başlayıb. Onların fikrincə, cinayət şəxsi səbəblərdən də törədilə bilərdi.