Mayk Tayson ikinci dəfə təcavüzdə ittiham olunur

Tarix :
Mayk Tayson ikinci dəfə təcavüzdə ittiham olunur

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson ikinci dəfə təcavüzdə ittiham olunub.
Bu barədə "Daily Mail" qəzetinin məlumatında bildirilir.
Adı açıqlanmayan qadın iddia edir ki, hadisə 1990-cı illərin əvvəllərində ABŞ-nin Olbani şəhərində baş verib.
Bildirilib ki, boksçu onu rəfiqəsi ilə limuzinə dəvət edib və maşında zorlayıb.
Qadın 5 milyon dollarlıq təzminat tələb edir.
Xatırladaq ki, Mayk Tayson 1992-ci ildə gözəllik müsabiqəsinin iştirakçısı olmuş qadını zorladığına görə azadlıqdan məhrum edilib.