Keçmiş rektor İrəvana səfir təyin olundu

Tarix :
Keçmiş rektor İrəvana səfir təyin olundu

Tbilisi Dövlət Universitetinin keçmiş rektoru Giorgi Şarvaşidze Gürcüstanın Ermənistandakı səfiri təyin edilib.
"Armenian News" xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili  yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb.
Görüşdə Gürcüstan və Ermənistan arasında sıx dostluq və mehriban qonşuluq münasibətlərinin olduğu vurğulanıb, gələcəkdə də müxtəlif sahələrdə fəal əməkdaşlığa ümidvar olduqları bildirilib.
Giorgi Şarvaşidze - pedaqoji elmlər namizədi, Avropa Akademiyasının üzvü, Prezidentin "Nur" ordeni ilə təltif edilib. Monoqrafiyaların və elmi məqalələrin müəllifidir.