Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Beyləqanda avtomobili aşıran sürücü öldü

Tarix :
Beyləqanda avtomobili aşıran sürücü öldü

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, hadisə Örənqala qəsəbə ərazisində qeydə alınıb.
1967-ci il təvəllüdlü Həsənov Əhməd İslam oğlu idarə etdiyi VAZ 21099 markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı Beyləqan Rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.