Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yaponiya 12 ildən sonra Liviyadakı səfirliyini yenidən açmağa hazırlaşır

Tarix :
Yaponiya 12 ildən sonra Liviyadakı səfirliyini yenidən açmağa hazırlaşır

Liviya hökumətindən verilən yazılı açıqlamaya görə, Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid ed-Dibeybe paytaxt Tripolidə Yaponiya xarici işlər nazirinin müavini Naqaoka Kansukeni qəbul edib. Liviyanın xarici işlər naziri Necla əl-Menquşun da iştirak etdiyi görüşdə Naqaoka Yaponiyanın baş naziri Kişida Fumionun məktubunu Dibeybeyə çatdırıb. İki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığın müzakirə edildiyi görüşdə Liviyada əldə olunan sabitliyin ardınca Yaponiyanın Tripolidəki səfirliyinin bu ilin ikinci yarısında yenidən açılmasının planlaşdırıldığı bildirilib.