Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu obyektlərdə nöqsanlar aşkarlandı - SİYAHI

Tarix :
Bu obyektlərdə nöqsanlar aşkarlandı - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edib.
 
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 23 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyektiÜnvanAşkar olunan nöqsanlar
Ticarət obyektləri
1"İron Maxx" idman qidaları mağazasıNizami rayonu, E.Süleymanov küç., ev 160K1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2"Elmar" marketAbşeron rayonu, Saray-Novxanı şosesi, P.Həşimov küçəsi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3"Vüsal" marketŞamaxı şəhəri, N.Nərimanov küçəsi1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
4"Veqas" marketŞamaxı şəhəri, N.Nərimanov küçəsi1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
5"Elmir C" aptekŞamaxı şəhəri, Bakı-Qazax yolu 120 kmQida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
6"Qədirxum" marketCəlilabad şəhəri, Azərbaycan küçəsi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
7"Ceyhun" marketTovuz rayonu, Qədirli kəndiObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
8"Abbas" marketTovuz rayonu, Xatınlı kəndi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
İctimai iaşə müəssisələri
9"Sultan" şadlıq eviNizami rayonu, B.Çobanzadə küç., ev 2403-cü məhəllə1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Ev şəraitində hazırlanan məhsulların satışı
10"Galiano Lounge"Yasamal rayonu, Tbilisi pr., ev 471.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Ev şəraitində hazırlanan məhsulların satışı
11"İstanbul" restoranıXətai rayonu, S.Orucov küç., ev 381.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi