Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyanın axtardığı şəxs Bakı aeroportunda tutuldu

Tarix :
Rusiyanın axtardığı şəxs Bakı aeroportunda tutuldu

Rusiyanın axtarışa verdiyi şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanında tutulub.
 
Qafqazinfo xəbər verir ki, hadisə yanvarın 22-si saat 22 radələrində baş verib.
Tbilisi-Bakı reysi ilə Azərbaycana gələn Rusiya vətəndaşı, 1986-cı il təvəllüdlü Bayramov Mustafa Nəriman oğlu saxlanılıb. Onun Rusiyanın Cinayət Məcəlləsinin 159-cu (Dələduzluq) maddəsi ilə axtarışda olması məlum olub.
M.Bayramov aidiyyəti üzrə təhvil verilib.