Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ronaldonun oğlu Səudiyyə Ərəbistanı akademiyasında məşq edir

Tarix :
Ronaldonun oğlu Səudiyyə Ərəbistanı akademiyasında məşq edir

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun oğlu Junior  Ronaldo Səudiyyə Ərəbistanındakı akademiyada məşqlərə başlayıb. 
"The Sun" xəbər verir ki, 12 yaşlı futbolçu Səudiyyə Ərəbistanının milli idman mərkəzi olan Mahd Akademiyasına yazılıb. Kiçik Ronaldonun oyunu məşqçilər heyətini o qədər heyran edib ki, o, yaşından 2 yaş böyük qrupda yer alır. 
Dekabrın 28 - də portuqaliyalı hücumçunun oğlunun “Real"ın akademiyasına qayıtması xəbəri yayılmışdı. 
Qeyd edək ki, K.Ronaldo 2022-ci ilin dekabrında "Əl-Nəsr"lə 2.5 illik müqavilə imzalayıb.