Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycana valyuta gətirmək istəyən qadın hava limanında saxlanıldı

Tarix :
Azərbaycana valyuta gətirmək istəyən qadın hava limanında saxlanıldı

Rusiyanın Novosibirsk hava limanında xidməti it külli miqdarda pulun xaricə qanunsuz çıxarılmasının qarşısını almağa kömək edib.
Bu barədə Sibir Gömrük İdarəsi məlumat yayıb.
"Bayara" adlı it Bakıya uçan Rusiya vətəndaşı olan qadının yükünə baxış keçirib və içərisindən bəyan olunmamış valyuta iyi hiss edib. Qadının yanında 12,5 min dollar olub və gömrükçülər onu Azərbaycana aparmağa icazə verməyiblər.
Xatırladaq ki, 2022-ci il martın 2-dən 10 min ABŞ dolları ekvivalentindən artıq məbləğdə nağd valyutanın Rusiyadan çıxarılması qadağandır.