Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyalı müğənnidən ETİRAZ: “Sənətçilər cəbhəyə göndərilməməlidir!”

Tarix :
Rusiyalı müğənnidən ETİRAZ: “Sənətçilər cəbhəyə göndərilməməlidir!”

“Cəbhə xəttində təşkil olunan istənilən konsert Ukrayna Silahlı Qüvvələrinin zərbə hədəfinə çevrilir”.
 
Bunu Rusiya ifaçısı, şair, bəstəkar Yuri Loza deyib.
 
O, bu sözləri məşhurların xüsusi əməliyyat bölgəsində çıxış etməkdən imtina etməsini şərh edərkən deyib.
 
Loza qeyd edib ki, mahnılar həqiqətən də döyüş ruhunu qoruyub saxlamağa kömək edir və bu cür kompozisiyalar xüsusi hərbi əməliyyat zamanı zəruridir.
 
O vurğulayıb ki, sənətçilər Ukrayna Silahlı Qüvvələrinin ixtiyarında uzaqmənzilli silahların olduğunu bildikləri üçün cəbhə bölgəsinə getməkdən və rus döyüşçülərini dəstəkləməkdən qorxurlar.
 
“Mən cəbhə xəttindən çox uzaqda keçirilən konsertlərin tərəfdarıyam. Bunlar xəstəxanalar, hərbi toplaşma yerləridir. Sənətçilərin cəbhə xəttinə getməsinə ehtiyac yoxdur” - deyə ifaçı söyləyib.
 
O, həmçinin əlavə edib ki, Rusiya hərbçiləri üçün mənəvi əhval-ruhiyyəni yüksəldən onlayn konsertlər təşkil edilə bilər.