Ukrayna müdafiə nazirinin müavini də istefa verdi

access_time24-01-2023, 12:33 visibility2 categoryXəbərlər
Ukrayna müdafiə nazirinin müavini, Ukrayna Silahlı Qüvvələrinin (USQ) maddi-texniki təchizatına cavabdeh olan Vyaçeslav Şapovalov istefa verib.
Bu barədə yanvarın 24 -də idarənin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu, Ukrayna ordusu üçün məhsulların şişirdilmiş qiymətlərlə alınması ilə bağlı qalmaqal fonunda baş verib. Qeyd olunur ki, Şapovalov Ukrayna Silahlı Qüvvələrinin stabil təminatına təhlükə yaratmamaq üçün işdən azad edilməsini xahiş edib.
"Səslənən ittihamların əsassız olmasına baxmayaraq, Vyaçeslav Şapovalovun istefası ilə bağlı bəyanatı Avropa və demokratik siyasət ənənələrində layiqli addımdır, müdafiə maraqlarının istənilən kabinet və ya kürsülərdən yüksək olduğunu nümayiş etdirir", - Müdafiə Nazirliyindən bildirilib. 
Müdafiə Naziri Oleksiy Reznikov artıq Şapovalovun istefasını təsdiqləyib.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş