Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Dərman qiymətlərinin artması ailə büdcəsinə böyük ziyan vurur" - Deputat

Tarix :
"Dərman qiymətlərinin artması ailə büdcəsinə böyük ziyan vurur" - Deputat

"Rəqabət Məcələsinin qəbul olunması böyük hadisə olar".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə sədrinin müavini Əli Məsimli deyib.
Deputat bildirib ki, dərman qiymətlərinin artması ailə büdcəsinə böyük ziyan vurur:
"Bizim komitə bununla bağlı sanballı bir sənəd hazırlayıb. Hesab edirəm ki, həmin sənəd diqqət çəkəndir və orada təkliflər var. 30 ildən artıq tanıdığım bir professorun məlumatını təqdim etmək istərdim. O qeyd edir ki, Türkiyədən 3 manat 20 qəpiyə aldığı dərmanı ötən gün Bakıda 39 manat 40 qəpiyə alıb. Dərmanın adın qeyd edib. 3 manata hara, 39 manat hara. Bu dəhşətli bir şeydir. Bu istiqamətdə dinləmənin aparılması çox vacibdir".