Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İranda iki əsgər GÜLLƏLƏNDİ

Tarix :
İranda iki əsgər GÜLLƏLƏNDİ

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində silahlı hücum nəticəsində 2 əsgər həlak olub, 1 əsgər yaralanıb.
İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, Sistan-Bəlucistan polis rəisi Məhəmməd Kənbəri gecə saatlarında baş verən hadisə ilə bağlı məlumat verib.
Kanberi, "Sistan-Bəlucistan əyalətinin Bempur rayonunda patrul xidmətində olan əsgərlərə silahlı hücum təşkil edilib.  Mayor Muxtar Mümini və leytenant Ebuzer Ümidvar həyatını itirib. Astsubay Milad Abdullahi isə yaralanıb", - deyə o bildirib. 
İran rəsmisi qeyd edib ki, hələlik şəxsiyyətləri müəyyən edilməyən hücumçuların tutulması istiqamətində işlər aparılır.