Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Nazarbayev xəstəxanadan evə buraxıldı

Tarix :
Nazarbayev xəstəxanadan evə buraxıldı

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Astanadakı Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində planlı ürək əməliyyatından sonra evə buraxılıb.
TASS xəbər verir ki, bu barədə tibb müəssisəsi məlumat yayıb.
O, vəziyyətinin stabilləşməsi və yaxşılaşması ilə əlaqədar evə buraxılıb.
Xatırladaq ki, sabiq prezidentin mətbuat katibi Aydos Ukibay yanvarın 20-də siyasətçinin ürəyindən əməliyyat olunduğunu və əməliyyatın uğurla keçdiyini açıqlamışdı.
Qeyd edək ki, Nazarbayev 1991-ci ildən 2019-cu ilə qədər Qazaxstanın prezidenti olub. 2019-cu ilin martında öz istəyi ilə tutduğu postdan istefa verib.