Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Paşinyanın arvadını İranda aşağılayıblar: “Satqın...”

Tarix :
Paşinyanın arvadını İranda aşağılayıblar: “Satqın...”

Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu günlərdə İran paytaxtında keçirilən “Nüfuzlu qadınlar” Forumunda iştirak edərkən xoşagəlməz hadisə ilə üzləşib. 
Modern.az xəbər verir ki, bu barədə bəzi Ermənistan KİV-ləri jurnalist Nairi Ohikyana istinadən məlumat yayıb. 
“Anna Akopyan İrandakı erməni icmasının nümayəndələri ilə görüşmək istəyəndə ümumi rədd cavabı alıb. 
İran erməniləri Ermənistandan gələn “nüfuzlu qadın”ı görmək istəməyiblər, onlar hesab ediblər ki, satqınlarla danışacaq heç bir şey yoxdur. 
Məndə olan məlumata görə, hətta Tehranın erməni kilsələrində də Anna Akopyanın ruhanilərlə görüşmək, xeyir-dua almaq imkanı olmayıb”, - Ohikyan yazıb.