Zelenskinin daha bir yaxın adamı istefa verdi

Tarix :
Zelenskinin daha bir yaxın adamı istefa verdi

Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirilo Timoşenko istefa verib. 
Bu barədə Ukrayna KİV-ləri məlumat dərc edib. 
Məlumata görə, Timoşenko artıq istefa ərizəsini yazıb. 
Nazirlər Kabinetindəki mənbələr istefanı təsdiqləyərək qeyd ediblər ki, Timoşenkonun əvəzinə bu vəzifəyə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksey Kulebanın təyin olunması planlaşdırılır.