Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yaponiyada yeni doğulan uşaq üçün 670 dollar müavinət veriləcək

Tarix :
Yaponiyada yeni doğulan uşaq üçün 670 dollar müavinət veriləcək

Yaponiya hökuməti hamilə qadınlara 100 000 yen (hazırkı məzənnə ilə 670 ABŞ dollarından çox) məbləğində doğum müavinətinin ödənilməsinə başlamaq qərarına gəlib.

Bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu tədbir Nazirlər Kabinetinin yaxın vaxtlarda dərc edəcəyi geniş iqtisadi proqrama daxil ediləcək.

Hökumət yerli hakimiyyət orqanlarına bu cür ödənişlərin nağd və ya yeni doğulmuş uşaqlar üçün mal və xidmətlərin alınması üçün kupon şəklində olub-olmaması barədə qərar vermək hüququ vermək niyyətindədir.

Bu tədbir Yaponiyada altı il dalbadal azalan doğum səviyyəsini stimullaşdırmaq məqsədi daşıyır. Milli Əhali və Rifah İnstitutunun sentyabr ayında dərc etdiyi araşdırma göstərib ki, ölkədəki gənc qadınların və kişilərin əksəriyyəti evləndikdən sonra yalnız bir və ya heç uşaq sahibi olmaq istəmir.