Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Serbiya prezidenti istefa verməyə hazır olduğunu açıqladı

Tarix :
Serbiya prezidenti istefa verməyə hazır olduğunu açıqladı

Serbiya prezidenti Aleksandr Vuçiç Serbiyanın Tərəqqi Partiyasının növbədənkənar iclasında ölkə prezidenti postundan istefa verməyə hazır olduğunu bəyan edib.
Serbiya KİV-ləri xəbər verir ki, prezident Kosovo ilə bağlı olan Serbiyaya Qərbin təzyiqləri barədə partiya rəhbərliyinə məlumat verib.
Görüş zamanı partiyanın bəzi üzvləri bildiriblər ki, Aİ və ABŞ ilə sonrakı danışıqlar təsadüfən aparıla bilməz: "Vuçiç bütün bunları səbirlə dinlədi, sonra dedi ki, əgər kimsə daha yaxşısını edə biləcəyini düşünürsə, istefa verəcək".
Qəzet onu da yazır ki, Vuçiçin fikrincə, xalq danışıqlardan imtina edərsə və kimsə ölkəni iqtisadi cəhətdən çökdürməli olduğumuzu düşünürsə, o zaman ölkəni idarə etməyi ağıllı adamların öhdəsinə buraxacaq.