Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Aİ Azərbaycanla sərhəddə 2 illik missiya göndərir

Tarix :
Aİ Azərbaycanla sərhəddə 2 illik missiya göndərir

Avropa Şurası yanvarın 23-də ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının yaradılması barədə razılığa gəlib.
Aİ Şurası bəyanat yayıb.
Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerli etimad yaratmaq və Aİ tərəfindən dəstəklənən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühit təmin etməkdir. 
"Aİ-nin Ermənistanda missiyasının yaradılması Aİ-nin Cənubi Qafqazda iştirakının yeni mərhələsinə başlayır. Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək və regionda davamlı sülhə nail olmaq üçün hər iki tərəflə yaxından işləməyə sadiqdir", - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirib.
Aİ-nin Ermənistandakı missiyasının ilkin mandatı iki il olacaq. Missiyanın operativ qərargahı Ermənistanda olacaq.