Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Tarix :
Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəlib. 
Bu barədə qərar Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu gün Brüsseldə başlayan görüşündə qəbul edilib. 
"Nazirlər repressiyaları həyata keçirən məmurları hədəf almaq üçün İrana qarşı yeni sanksiyalar paketi üzərində razılaşıblar. Aİ İran hakimiyyətinin dinc nümayişçilərə qarşı tətbiq etdiyi qeyri-mütənasib zorakılığı qətiyyətlə pisləyir", - Aİ-yə sədrliyi üzərinə götürən İsveç hökuməti tvitində məlumat verib.
Daha əvvəl "Reuters" qeyd etmişdi ki,, ittifaq azı 37 İran rəsmisi və qüvvəsinə qarşı fərdi sanksiyalar tətbiq etmək niyyətindədir.