Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.
Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.
Qeyd edək ki, AYB-nin hazırki sədri ona 1987-ci ildən bəri rəhbərlik edən Xalq yazıçısı Anar Rzayevdir.