
Moskva televiziyasının prodüseri oyuncaq tapança ilə qarət edilib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.
Onun sözlərinə görə, milyonlarla rubl oğurlayan əcnəbi saxlanılıb: "İki nəfər yaşayış binasına soxulub. Onlar odlu silaha oxşayan əşya ilə hədə-qorxu gələrək ev sahibindən 130 min ABŞ dolları, 50 min avro və 3 ədəd qol saatı alıblar. Ümumi zərər təxminən 14 milyon rubl təşkil edib".