
Belarus ətrafında hərbi-siyasi və iqtisadi vəziyyət heç vaxt olmadığı qədər çətindir.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Belarus ətrafında hərbi-siyasi və iqtisadi vəziyyət heç vaxt olmadığı kimi gərgindir. Bugünkü görüşümüzün özəlliyi də budur”, - o bildirib.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Minskdə 2023-cü ildə dövlət sərhədinin mühafizəsi ilə bağlı qərarların təsdiq edilməsinə həsr olunmuş görüşdə iştirak edib.