Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukrayna hərbçiləri alman tanklarını sürməyi öyrənir

Tarix :
Ukrayna hərbçiləri alman tanklarını sürməyi öyrənir

Ukrayna quru qoşunlarının tank heyətləri “Leopard 2” tanklarını idarə etmək üçün təlimlərə başlayacaq.
UNIAN xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib.
Nazir bildirib ki, Almaniya istehsalı “Leopard 2” nin tədarükü ilə bağlı hələ də razılıq əldə olunmasa da, rəsmi Kiyev tankçıların hazırlanması ilə əlaqədar razılığa gələ bilib. Təlimlərin hansı ölkədə keçiriləcəyi barədə isə məlumat verilməyib. 
Xatırladaq ki, Almaniya hökuməti Ukraynaya “Leopard” tanklarının göndərilməsinə razılıq verməyib. Buna səbəb rəsmi Berlinin tankların tədarükünün Rusiya ilə eskalasiyanı daha da artıracağına dair olan düşüncələridir.