Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında mübahisə - YENİLƏNİB (VİDEO)

Tarix :
Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında mübahisə - YENİLƏNİB (VİDEO)

Bakıda sərnişinlərlə mübahisə edən avtobus sürücüsü Çinar-Trans MMC-nin əməkdaşı imiş.
Məsələ ilə bağlı daşıyıcı şirkətin rəhbəri İsmayıl Hüseynov "Unikal"a açıqlama verib:
"Hadisə barədə mənə bir az öncə məlumat verdilər. Bakı Nəqliyyat Agentliyindən zəng vurmuşdular. Videoda görünən sürücü Rövşən Abbasov xətdə idi. Onu başqa sürücü əvəzləyəcək. Mən isə onu dəvət etmişəm və hadisə ilə bağlı danışıb qərar verəcəyik", - deyə o qeyd edib.
Murad İbrahimli
***
10:26
Bakıda marşrut sürücüsü ilə sərnişin arasında mübahisə yaranıb. 
Bu barədə sosial şəbəkədə video yayımlanıb. 
Bekə ki, 99 LZ 861 nömrə nişanlı "Daevo" markalı  avtobusun sürücüsünün sərnişinlə yolun ortasında mübahisəsi görüntülənib. Hadisə 20 Yanvar dairəsində baş verib.
Qeyd edək ki, eyni dövlət qeydiyyat nişanlı avtobus 2019-cu ildə ağır qəza törədib.