Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ordunu çıxarın! - Burkina-Fasodan Fransaya TƏLƏB

Tarix :
Ordunu çıxarın! - Burkina-Fasodan Fransaya TƏLƏB

Burkina-Faso hökuməti Fransadan ordusunu bir ay ərzində ölkədən çıxarmağı tələb edib.
Burkina Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, hökumət ötən çərşənbə günü Fransanın ölkədəki hərbi mövcudluğunu tənzimləyən 2018-ci il 17 dekabr tarixli sazişi ləğv edib.
Qeyd edək ki, yanvarın 20-də Uqaduquda ölkədə Fransa qoşunlarının mövcudluğuna qarşı nümayiş keçirilib.