Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda bu şəxslər 3500 manata yaxın maaş alır

Tarix :
Azərbaycanda bu şəxslər 3500 manata yaxın maaş alır

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,6 faiz artaraq 829,9 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əməkhaqqı neft-qaz sektorunda 3388,6 manat, qeyri neft-qaz sektorunda 781,0 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 783,6 manat, özəl müəssisələrdə isə 881,9 manat olub.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 358,4 min nəfər olub, onlardan 5 milyon 56,2 min nəfərini məşğul əhali təşkil edib. 2022-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1732,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,3 min nəfər, qeyri-dövlət sektorunda isə 829,2 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1700,9 min nəfər çalışıb.