Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Dövlət orqanlarında çalışan xadimə, bağban və fəhlələrin maaşı ARTIRILDI

Tarix :
Dövlət orqanlarında çalışan xadimə, bağban və fəhlələrin maaşı ARTIRILDI

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

 
Sıra
№-si
 
Kateqoriyalar üzrə dövlət orqanları
Aylıq vəzifə maaşının məbləği (manatla)
1.Ali kateqoriya dövlət orqanlarında400
2.1-ci kateqoriya dövlət orqanlarında385
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında365
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında345
 
Bu Qərarda qeyd olunan işçilərin mükafat- landırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, indiyə qədər dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
Sıra
-si
 Aylıq vəzifə maaşının məbləği
(manatla)
1.Ali kateqoriya dövlət orqanlarında370
2.1-ci kateqoriya dövlət orqanlarında355
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında335
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında315