Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanlı şairə vəfat etdi

Tarix :
Azərbaycanlı şairə vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin üzvü, şairə Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova) dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Qeyd edək ki, Solmaz Ağaxan qızı Ədilova 1955-ci il fevralın 1-də Şamaxı rayonunun Ovculu kəndində dünyaya göz açıb. 1972-ci ildə orta məktəbi bitirib. 1994-1995-ci illərdə Musa Yaqubun redaktor olduğu “Cavanşir yurdu” rayon qəzetində çalışıb.
Ədəbi yaradıcılığa 1977-ci ildən başlayıb, ilk şeiri “Yeni Şirvan” qəzetində çap olunub.
Onun şeirləri “ZİRVƏ” Poeziya antologiyasında (2015-2020), “Sazlı-sözlü Borçalı” (2018-2020) və “Canım Azərbaycanım” (2019-2020) ədəbi məcmuələrində oxucular tərəfindən böyük maraqla qarşılanıb.