Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Başımı itirmişəm” - Xoşqədəm Hidayətqızı

Tarix :
“Başımı itirmişəm” - Xoşqədəm Hidayətqızı

Aparıcı Xoşqədəm Hidayətqızı hər həftənin şənbə və bazar günləri ARB-də təqdim etdiyi "Günaydın Azərbaycan" verilişində maraqlı açıqlamalar verib. 
Jurnalist bu gün canlı efirdə şou biznes əhli ilə əməkdaşlığın ona müəyyən çətinliklər yaratdığını deyib: 
"Mən siyasət jurnalisti olmuşam. Sonra sosial sahəyə meylləndim. Hələ də sosial məzmunlu veriliş aparıram. Yeni layihəyə görə müəyyən qədər şou biznesə inteqrasiya etmişəm. Hazırda şou nümayəndələrinin arasında başımı itirmişəm".
Xoşqədəm Hidayətqızı peşəsini çox sevdiyini bildirib: "Həftənin yeddi günü işləyirəm. Peşəmi sevməsəydim, bu əziyyətə qatlaşa bilməzdim".