Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xəstə əməliyyat masasında YANDI

Tarix :
Xəstə əməliyyat masasında YANDI

Sklifosofski Elmi-Tədqiqat İnstitutunda cərrahiyə masasında bir xəstə alışıb, qolundan və kürəyindən ciddi yanıqlar alıb.
Bu barədə “Baza” xəbər verib.
“Qızın qohumlarının dediyinə görə, həkimlər işi ört-basdır etməyə çalışaraq ondan üzr də istəməyiblər. Xəstəxanada hesab edirlər ki, yanıqlar səthidır və xəstə şişirdir”, - mənbə deyib.
Məlumata görə, 2022-ci il dekabrın 8-də çiyninin sınığı olan qadın paytaxt xəstəxanasına daxil olub. Həkimlər onu əməliyyat etməli olublar. Həkimlər xəstəyə anesteziya vurduqda, o, yuxuya gedib, lakin tezliklə kəskin ağrıdan oyanıb və dərhal xəstəxana çarpayısında yandığını görüb.
“Xəstə qışqırmağa başlayıb və əməliyyat edən həkimlər yanğını söndürməyə çalışıblar. Yanğın söndürülüb, lakin qız ağır yaralanıb”, - məlumatda vurğulanır.
Hadisədən sonra xəstə palataya köçürülüb və orada sınıq yox, artıq yanıq xəsarətlərindən müalicə edilib. Zərərçəkmiş iddia edir ki, həkimlər ondan onların şəklini çəkməməsini istəyiblər. Həkimlər ərinə bildiriblər ki, yanğın avadanlıqda qısaqapanma nəticəsində baş vermiş ola bilər: qadının yatdığı kətan antiseptiklə isladılıb və dərhal alovlanıb. Onlar qeyd ediblər ki, əməliyyatı həyata keçirən cərrah da xəsarət alıb - əlləri yanıb.
Qadın həkimləri məhkəməyə vermək niyyətindədir.