Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ərdoğan yunan baş naziri topa tutdu

Tarix :
Ərdoğan yunan baş naziri topa tutdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Baş naziri Kiriakos Mitsotakisi hədəfə alıb.
“TRT Haber” xəbər verir ki, İstanbulun Esenyurt rayonunda tələbə yataqxanasının təməlqoyma mərasimindəki çıxışında o, yunan liderini top atəşinə tutub.
O bildirib: “Bax, Mitsotakis, eşitmişəm ki, orda-burda danışırsan. Bunu yaxşı bil, əgər səhv eləsən, çılğın türklər gələcək, bunu bil”.
Deyirlər ki, Türkiyə “Tayfun” adlı raket istehsal edib. Onlar bunu Afinaya atsa, nə olar? Bizim Afinaya raket atmaq niyyətimiz yoxdur. Bircə ağıllı olun. Adaları silahlandırsanız, biz də boş oturmayacağıq”.